Fev 19, 2025 | 14:16 / Nəşrlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının ( Gülü Abbasova, Əjdər Məcidov, Rayyət İsmayılov, Dilqəm Tağıyev, Pərizad Fətullayeva) “İki Şiff əsasının fotoorqanokatalitik sintezi, xarakterizə olunması, kristal quruluşu və onların xolinesteraza inhibitorları kimi In Vitro və In Silico qiymətləndirilməsi” (Photoorganocatalytic synthesis, characterization, crystal structure of two schiff bases and their In Vitro və In Silico evaluations as cholinesterase inhibitors) adlı məqaləsi Scopus və Web of Science bazasında indeksləşən “Journal of Molecular Structure“
da nəşr olunmuşdur.
Məqalədə göstərilir ki, fotoorganokatalitik üsulla sintez edilmiş iki Şiff əsası (L1 və L2) element analizi, UB-görünən və İQ spektroskopiya və Rentgen-quruluş analizi vasitəsilə tədqiq olunmuşdur. Birləşmələr 5-bromsalisil aldehidi, orto-vanillin və 2-amino-5-metilpiridindən aldol kondensləşməsi ilə 83 və 80% çıxımla alınmışdır. L1 və L2 birləşmələri müvafiq olaraq 25,47 və 18,90 µM IC50 dəyərləri ilə AChE-yə qarşı ikili inhibitor effektivlik göstərmişdir. Digər tərəfdən, in vitro qiymətləndirməyə əsasən birləşmələr müvafiq olaraq 33,68 və 30,51 µM IC50 dəyərləri ilə BChE-yə qarşı ikili inhibitor effektivlik göstərmişdir. Bundan əlavə, hər iki kompleks üçün molekulyar doking və molekulyar dinamika öyrənilmişdir. AChE və BChE-ni hədəf alan birləşmələr neyrodegenerativ xəstəliklərin müalicəsində potensial faydalar təklif edə bilər. Xolinergik siqnala təsir edərək, bu birləşmələr simptomların idarə edilməsinə kömək edə bilər. AChE və BChE ilə həm L1, həm də L2 üçün 100 ns MD simulyasiyalarının hərtərəfli təhlili dərmanların inkişafında liqand-protein qarşılıqlı təsirinin kritik rolunu göstərir.
Gulu Abbasovaa*, Ajdar Medjidova, Rayyat Ismayilova, Dilgam Tagiyeva, Mustafa Sertçelikb, Tuncer Hökelekc, Mansura Huseynovad, Perizad Fatullaevaa, Furkan Çakıre,f , Halil Şenole, Nastaran Sadeghiang, Aamer Saeedh, Parham Taslimig*
Volume 1331, 10 January 2025, 141396
DOİ: https://doi.org/10.1016/j.molstruc.2025.141396
“Journal of Molecular Structure“ jurnalının Scopus bazasında İF- 7,9 (Q2), Web of Science bazasında İF -4









