Mart 03, 2025 | 12:02 / Maraqlı məlumatlar
Mikroorqanizmlərin mikroblara qarşı olan preparatlara qarşı davamlılığı müasir elm və sənayedə əsas problemlərdən biridir. Qloballaşma və insanların, heyvanların və bitkilərin kütləvi köçürülməsi( yerdəyişmə) davamlı növlərinin sürətlə yayılmasına səbəb olur. Hər il keçirilən qlobal araşdırmalar göstərir ki, bioloji amillər bütün material zərərlərinin 80%-ə qədər olur və iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər vurur.
NDTU alimləri tərəfindən sintez edilmiş birləşmələrin xüsusiliyi ondadır ki, xassələri, təbii birləşmələrdə rast gəlinməyən selen tərkibli heterotsiklik fraqmentlərə malik unikalıq strukturaya malikdirlər. Bu molekullar patogenlərin sürətli adaptasiyasının qarşısını alaraq mikroorqanizmlərin ferment sistemlərinə qarşı müqavimət göstərirlər.
Tədqiqat nəticələri göstərir ki, yeni birləşmələr funqisid aktivlik göstərir və karbendazim adlı etalon funqisidi üstələyir. Eyni zamanda, onlar insanlar və heyvanlar üçün təhlükəsizdir və ətraf mühitə mənfi təsir göstərmirlər.
Bu birləşmələrə əsaslanan funqisid kompozisiyaların tətbiqi, materialların zədələnməsinə qarşı mübarizəni daha effektiv aparmağa imkan verəcək və onların müxtəlif sənaye sahələrində istifadəsi üçün yeni imkanlar açacaq.









