Xəbərlər
Bakı Dövlət Universitetinin Kimya fakültəsi və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə elmi konfransı keçiriləcəkdir.
Mart 04, 2025 | 12:04 / Konfranslar, iclaslar
Oxunub 2303 dəfə

B İ L D İ R İ Ş

17-18 APREL 2025-ci il tarixində

Bakı Dövlət Universitetinin Kimya fakültəsi və Kataliz və Qeyri-üzvi kimya institutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların“Kimya və kimya texnologiyası” IV Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın proqramında göstərilən bölmələr üzrə materialların qəbulu və din­lə­nil­mə­si nəzərdə tutulur:

  • · Üzvi kimya, Neft kimyası, Yüksək molekullu birləşmələr kimyası
  • · Qeyri-üzvi kimya, Fiziki kimya, Analitik kimya
  • ·  Kimyanın tədrisində müasir yanaşmalar

Təqdim olunan materiallar aşağıdakı təlabatlara uyğun qəbul olunur:

- Materialın həcmi 1-2 səhifə A5 formatında 1 intervalla, (yuxarı, aşağı, sag 1,5 sm; soldan 2 sm olmaqla) azərbaycan, rus və ya ingilis dilində Times New Roman-11 şriftləri ilə çap olunmalıdır.

Modifikasiya olunmuş zsm tipli seolitlər iştirakinda

etilbenzolun disproporsionlaşmasi 

Elmar Məmmədov1, Səbuhi Əlıyev2

Bakı Dövlət Universiteti1

Azərbaycan Dövlət Pedaqoji Universiteti2 

elmar@mail.ru 

Mətn

Ədəbiyyat - 10 şrift

Nümunə: 1) V.V.Məmmədov, ..., Epoksibirləşmələrin sintezi. Kimya problemləri jurnalı, 2020, №2, s.70-75. 

Qeyd: Çıxış edəcək müəllifin adının altından xətt çəkilir.

 

 

Materialların tərtib olunma nümunəsi aşağıdakı kimidir.  

Konfrans materialları göndəriləcək mail:  chemistry@bsu.edu.az 

Konfransda iştirak etmək üçün tezislər 01 aprel 2025-ci il tarixə qədər təşkilat komitəsinə təqdim olunmalıdır.

Əvvəlcə nəşr olunmuş, elmi yeniliyi olmayan, standartlara cavab verməyən materiallar təşkilat komitəsi tərəfindən geri qaytarılacaqdır!

Əlaqə telefonu:  (+994)12-539-09-53, (+994)50-393-63-10

mail: chemistry@bsu.edu.az                            Məsul katib: Farid Nağıyev

JURNALLAR
Faydalı linklər