Mart 06, 2025 | 10:48 / Konfranslar, iclaslar
Ulu Öndər Heydər Əliyevin anadan olmasinin 102-ci ildönümünə həsr olunmuş“Bitki xammallari və tullantilarinin kompleks emali biotexnologiyasi” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək.07 MAY 2025-ci il
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
- COP 29 nailiyyətlər və perspektivlər: Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə, biomühafizəyə və bitki landşaftına təsiri
- Aqrar sahədə, tibb, əczaçılıq və qida sənayesində biotexnologiyalar
- Təbii və antropogen amillərin flora və faunaya təsiri
- Bitki və bitki mənşəli tullantıların emalı və tətbiq sahələri
- Müxtəlif yanacaq növlərinin ekoloji mühitə və biomüxtəlifliyə təsiri
|
Konfransın rəsmi dili: Azərbaycan və ingilis dilləri Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır.
■ Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12, müəlliflərin adları - adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir.
■ Elm (təhsil) müassisənin adı - adi hərflərlə, kursiv, şrift-12
■ Məruzəçinin e-mail ünvanı-şrift - 12 ədəbiyyata istinadlar mətnin içərisində düz mötərizədə verilməlidir məs. [3]. İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
■Məqalə azərbaycan dilində yazılarsa sonda məqalənin adı, müəlliflər, açar sözlər, xülasə ingilis dilində, ingilis dilində yazılarsa sonda məqalənin adı, müəlliflər, açar sözlər, xülasə azərbaycan dilində verilməlidir.









