Xəbərlər
Foto
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş iclas keçirildi.
Mart 06, 2025 | 14:47 / Konfranslar, iclaslar
Oxunub 4196 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş iclas keçirildi. İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev iclası açdı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Akademik İnstitut rəhbərliyi adından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə institutda çalışan qadınları təbrik edərək onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzuladı.

Sonra Həmkarlar Təşkilatının sədri professor Arif Əfəndi qadınları bu bayram münasibəti ilə təbrik edib onlara elmi fəaliyyətlərində uğurlar arzuladı. Növbəti təbriki Qadınlar Şurasının Sədri Esmira Qulu-zadə edərək qadınlara ailə səadəti və sağlamlıq arzuladı.

Sonra labaratoriya müdiri professor Elza Salahova çıxış etdi. O, qadınlara həyatda daha mətin və güclü olmağı, daim irəli gedərək öz məqsədlərinə çatmağı arzuladı.

Həmçinin gənclər də öz təbriklərini iclas iştirakçılarına çatdırdılar.

İclasın sonunda institutun rəhbərliyi və Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə institutun elmi-tədqiqat işlərinin yerinə yetirilməsində və ictimai həyatında fəal iştirakına görə 15 qadın əməkdaş Fəxri Fərmanla təltif olundu.

JURNALLAR
Faydalı linklər