Mart 13, 2025 | 14:11 / Konfranslar, iclaslar
“Renium ərintilərinin elektrokimyası və elektrokataliz” laboratoriyasında tələbələr reniumun ikili və üçlü ərintilərinin nazik təbəqələrinin elektroliz üsulu ilə alınması prosesi ilə tanış olmuş, “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasında homotsiklik birləşmələrdən istifadə edərək katalizatorların alınması reaksiyaları tələbələrin iştirakı ilə aparılmışdır.
Tələbələr həmçinin “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi” laboratoriyasında Biomimetik katalizatorun monooksigenaz aktivliyinin tədqiqinin aparıldığı qurğunun iş prinsipi və FEK (fotoelektrokolorimetr) cihazında məhlulların optiki sıxlığının ölçülməsi və optiki sıxlığa əsasən məhlulların qatılığının təyini üsulları haqqında geniş məlumat verilmişdir.
Sonra tələbələrə “Keçid elementlərinin xalkogenidləri” laboratoriyasının differensial termiki analiz üsülunun istifadəsi qaydaları, termiki analizdə istifadə olunan Almaniyanın NETZCH firmasının istehsalı olan STA 449F3 cihazın işləmə prinsipləri və tədqiqat imkanları haqqında geniş məlumat verilmiş, laboratoriyada sintez olunan ərintilərdən bir neçəsinin termiki analizi onların iştirakı ilə aparılmış və nəticələr müzakirə edilmişdir.
Sonda laboratoriya müdiri, professor İxtiyar Bəxtiyarlı tələbələrə laboratoriyada aparılan elmi tədqiqatlar haqqında geniş məlumat vermişdir.









