Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitututn elmi işçisi Pakistanın Lahor şəhərində ezamiyyətdə olmuşdur.
Apr 01, 2025 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2716 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi və dissertantı Samirə Süleymanova Pakistanın Lahor şəhərində yerləşən Lahor İdarəetmə Elmləri Universitetində (LUMS) elmi ezamiyyətdə olmuşdur. İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji əməkdaşlıq üzrə Daimi Komitəsi – COMSTECH Technicians Training proqramının qalibi olaraq Lahor İdarəetmə Elmləri Universitetində NMR, XRD, SEM/EDX və VSM cihazları üzrə 4 həftəlik təlim keçmiş və tədqiqat işləri aparmışdır. Lahor İdarəetmə Elmləri Universitetində ezamiyyətdə olduğu müddətdə Mərkəzi laboratoriyada yuxarıda adı çəkilən cihazlar üzrə nəzəri və praktiki biliklər əldə etmişdir. Bu müddət ərzində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda sintez olunmuş çoxkomponentli oksid və seolit əsaslı nümunələrin element və faza tərkibinin, maqnit xassələrinin müəyyən edilməsi üçün ölçmələr aparılmış, raman spektrləri çəkilmişdir. Təlimin sonunda Mərkəz tərəfindən ona beynəlxalq sertifikart təqdim edilmişdir.

JURNALLAR
Faydalı linklər