Apr 08, 2025 | 13:55 / Maraqlı məlumatlar
Yapon alimləri hidrogen və karbon monoksidin platin və qızıl atomlarının "tac" şəklində bir quruluş saxlayan bərk metal klasterlərdə necə sorbsiya etməyini müəyyən etmişdilər. Alınan nəticələr qaz ayırıcı qurquların və qaz sensorlarının hazırlanmasında istifadə edilə bilər. Tədqiqat Nanoscale jurnalında dərc edilmişdir.
Tərkibində bir neçə (birdən onlara qədər) metal atomundan ibarət obyekt olanmetal klasterlərin xassələri metal həcminin xassələrindən fərqlənir. . Bələ klasterlərin xüsusiyyətləri atomların sayından və onların həndəsi quruluşundan asılıdır. Bu asılılıq, klasterlərin kiçik ölçüsü sayəsində ortaya çıxan kvant təsirlərindən qaynaqlanır. Müxtəlif ligandlarla birləşmiş metal klasterləri, unikal optik xassələrə, fotolüminesensiya, maqnitləşmə, oksidləşmə reduksiya aktivliyinə malikdirlər. Bu isə kimyaçılar üçün ən yeni materialların hazırlanmasında böyüg maraq doğurur. Platin tərkibli klasterlərin hidrogenin alınmasını sürətləndirmək üçün istifadəsi - ən ümüdverici tədbiq sayıla bilər və tədqiqatların ən mühüm mövzüsu isə - metal klasterlərdə qaz ötürülməsinin öyrənilməsidir.
Bir qrup yapon alimi hidrogenin (H2) və karbon monoksidin (CO) qısaldılmış adı olan PtAu8-PMo12 metal klasterlərdə [PtAu8(PPh3)8]-H[PMo12O40] sorbsiyasını, yəni müxtəlif maddələrin qaz fazasından və ya maye məhluldan bərk maddə və ya maye ilə udulmasının tədqiqatını aparmışdılar. Platin atomu mərkəzdə səkkiz qızıl atomu arasında yerləşir, buna görə birləşmənin quruluşuna "tac"deyilir. Rentqen spektroskopiyası da daxil olmaqla müassir üsüllara əsaslanaraq, alimlər real zamanda belə bir quruluşda qazların adsorbsiya dinamikasını müşahidə etmişdilər. Və nəticədə alimlərin qazların sorbsiyasındaki fərqləri və sorbsiyanın bərk cismin atom quruluşuna təsirini müəyyən etmişdilər.









