Apr 09, 2025 | 12:00 / Konfranslar, iclaslar
08 aprel 2025-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Qeyri-üzvi funksional materiallar” şöbəsinin 10 saylı “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının genişləndirilmiş iclası keçirilmişdir. İclasın sədri AMEA müxbir üzvü, k.e.d., prof. Eldar Zeynalov, katibi k.ü.f.d. İlahə Hüseynova olmuşdur. İclasın gündəlik məsələsi - institutumuzun dissertantı Bayramova Ülviyyə Rafiq qızının kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2307.01 – “Fiziki kimya” ixtisası üzrə təqdim etdiyi “Mis və gümüş argiroditlərinin və onlar əsasında bəzi bərk məhlulların faza çevrilmələrinin termodinamik tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi. Dissertasiya işi k.ü.f.d., dos. Leyla Məşədiyevanın elmi rəhbərliyi və AMEA müxbir üzvü Məhəmməd Babanlının elmi məsləhətçiliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin iddiaçı tərəfindən təqdimatından və rəyçilər k.ü.f.d., dos. Mətanət Mahmudova və k.ü.f.d. Səbinə İsmayılovanın çıxışlarından sonra dissertanta iclas iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonda dissertasiya işinin müvafiq Dissertasiya Şurasına müdafiəyə tövsiyə edilməsinə dair içlasın iştirakçıları tərəfindən açıq səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq iclasda dissertasiya işinin 2307.01 – “Fiziki kimya” ixtisası üzrə fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiəyə təqdim edilməsi qərara alınmışdır.









