Xəbərlər
Foto
BDU-nin Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər:
Apr 17, 2025 | 12:00 / Təhsil
Oxunub 2582 dəfə

    “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi” laboratoriyasında   tələbələr əyani olaraq katalitik oksidləşmə qurğusunun yığılmasında və katalizatorun sintezi üçün lazım olan məhlulun hazırlanmasında iştirak etmişlər. “Renium ərintilərinin elektrokimyası və elektrokataliz” laboratoriyasında tələbələr reniumun ikili və üçlü ərintilərinin nazik təbəqələrinin elektroliz üsulu ilə alınması prosesi üzrə  təcrübələr aparılmasında, “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasında Daşkəsən dəmir filizi tullantılarının 1N H2SO4 turşusu ilə  emalından  alınan  məhluldan  dəmirin  təyin  edilməsi üçün aparılan təcrübələrdə     fəal iştirak etmişlər. Həmçinin, tələbələr “Fiziki-kimyəvi analiz” , “Nanokompozit  katalizatorlar”, “Keçid elementlərin xalkogenidləri” laboratoriyasında aparılan reaksiyalarla tanış olmuş  və laboratoriya rəhbərlərinin müxtəlif qurğular və metodlar haqqında verdiyi məlumatları dinləmişlər.Sonda tələbələr “Biomimetik sensorlar və azot-1 oksidlə  oksidləşmə”  laboratoriyasında yığılan qurğuda  benzolun azot-1 oksidlə oksidləşməsi prosesini  çox maraqla izləmişlər.      

 

JURNALLAR
Faydalı linklər