Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
Apr 23, 2025 | 15:00 /
Oxunub 2479 dəfə

22 aprel 2025-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi və dos. Leyla Məşədiyevanın elmi katibliyi ilə keçirilən elmi seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ekologiya və Təbii Ehtiyatlar İnstitutun  fəlsəfə doktoru proqramı üzrə dissertantı Həsənova Səadət Suliddin qızının Bir və iki əsasli karbon turşularinin yeni metal komplekslərinin sintezi, quruluş və bioloji aktivliyinin tədqiqi” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işi k.e.d., prof. Elman Məhəmməd oğlu Mövsümov və  k.ü.f.d., dosent Qüdrət Məşədi qızı Əliyeva elmi rəhbürliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. Nağı Yaqubovun və k.ü.f.d. Şahnaz Qəhrəmanovanın çıxışından sonra dissertanta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

 

JURNALLAR
Faydalı linklər