Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası nəşr olunmuşdur.
Apr 28, 2025 | 11:00 / Nəşrlər
Oxunub 1855 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik D.Tağıyev, müxbir üzv Q.Kəlbəliyev, dosent M.Manafovun ADNSU-nun professoru S.Rəsulovla birgə “Neft dispers sistemlərinin reologiyası“ monoqrafiyası nəşr olunub.

Monoqrafiyada neft dispers sistemlərində hidrodinamika və kütlə ötürülməsi məsələləri nəzərdən keçirilməklə təhlil edilir. Dispers mühitlərdə baş verən əsas proseslərin struktur-sistem təhlili aparılmışdır. Qeyri-sabit dispers sistemlərinə xas olan aqreqasiya və çökmə prosesləri, mühitdə strukturun formalaşması araşdırılmışdır. Qeyri-Nyuton neftlərin reologiyası və neft emulsiyalarının ayrılması proseslərinin modelləşdirilməsi məsələlərinə mühüm yer ayrılmışdır.

Neftlərin məsaməli mühitdə hidravlik diffuziya, qeyri-xətti filtrasiya tənlikləri üçün analitik həllər təklif edilmişdir. Strukturlaşdırılmiş neft emulsiyalarının reoloji modelləri işlənib hazırlanmışdır. Reologiyanın tətbiqi problemləri tədqiq edilmişdir.

Kitab neft dispers sistemlərində hidrodinamika, kütlə və istilik mübadiləsi ilə məşgul olan mütəxəssislər, həmçinin texnoloji ixtisaslar üzrə təhsil alan tələbə və doktorantlar üçün nəzərdə tutulmuşdur.

S.R. Rəsulov, M.R. Manafov, D.B. Tağıyev, Q.İ. Kəlbəliyev

NEFT DİSPERS SİSTEMLƏRİNİN REOLOGİYASI. Monoqrafiya

Bakı: “Elm” nəşriyyatı, 2025.-338 s.

JURNALLAR
Faydalı linklər