Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Bakinskiy raboçiy” qəzetinə müsahibə vermişdir
Apr 29, 2025 | 11:16 /
Oxunub 2146 dəfə

Bu günlərdə Böyük Britaniyanın tanınmış “IntechOpen” elmi nəşriyyatı Azərbaycan Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının birgə müəllifliyi ilə “Ətraf mühitdə ağır metallar – çirklənmə, risk və remediasiya” (Heavy Metals in the Environment - Contamination, Risk, and Remediation) kitabını nəşr etmişdir.

Məlumdur ki, dünyadakı ekoloji vəziyyət müasir cəmiyyətin ən vacib problemlərindən biridir. Belə ki, antropogen təsir nəticəsində təbiətə çoxlu miqdarda zəhərli maddələrin atılması, planetdəki bütün canlıların sağlamlığına təsir edən mənfi nəticələrə gətirib çıxarır. Ətraf mühitin mühafizəsi problemi getdikcə ciddiləşir, çirklənməni və neqativ halların canlı orqanizmlərə təsirini azaltmaq üçün təcili tədbirlər tələb edir.

Bu kitabda ətraf mühitin ağır metallarla çirkləndirilməsi, onunla əlaqəli yaranan risklər və cavab strategiyaları üzrə cari tədqiqatlara aid geniş məlumat verilmişdir. “Bakinskiy raboçiy” qəzetinin müxbiri Qaliya Əliyeva kitabın həmmüəlliflərindən biri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının aparıcı elmi işçisi, dosent Sevda Fətullayevadan bu mövzu üzrə müsahibə götürmüşdür (müsahibə əlavə olunur. Опасны в высоких концентрациях: https://br.az/society/79299/opasny-v-vysokih-koncentraciyah/

JURNALLAR
Faydalı linklər