Xəbərlər
Foto
AR Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Kimya üzrə İllik Beynəlxalq Konqresdə iştirak edib
Apr 30, 2025 | 11:00 /
Oxunub 2631 dəfə

AR Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva Kimya üzrə İllik Beynəlxalq Konqresdə (Annual International Congress on Chemistry, United Kingdom, Oxford, March27-28, 2025) “Ağır metal ionlarının effektiv çıxarılması üçün polimer enterosorbentlərin hazırlanması, xarakteristikası” (Preparation, Characterization of Polymer Enterosorbents for Effective Removal of Heavy Metal Ions) mövzusu üzrə virtual formatda məruzə etmişdir.   

S.Fətullayeva institutda bu istiqamətdə apardığı tədqiqat işi barədə, o cümlədən, sintez olunan polimer əsaslı enterosorbentlər haqqında geniş məlumat vermişdir.

JURNALLAR
Faydalı linklər