May 02, 2025 | 13:45 / Təhsil
2025-ci il fevral ayının 17- dən Azərbaycan Texniki Universitetinin “Kimya mühəndisliyi “ ixtisası üzrə təhsil alan IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “ Seolit katalizi“ laboratoriyasında böyük elmi işçi, k.ü.f.d., Mahizər Əliyevanın rəhbərliyi altında elmi-istehsalat təcrübəsi keçirlər.
Elmi-istehsalat təcrübəsi müddətində tələbələr qaz fazada spirtlərin oksidləşdirici dehidrogenləşmə proseslərini aparmaq üçün ion mübadilə üsulu ilə seolitlərin keçid elementlərinin kationları ilə modifikasiyasının sintezi və sintez olunmuş nümunələrin keyfiyyət reaksiyaları ilə taniş olmuşlar. Seolitin tərkibinə daxil edilmiş metal kationlarinin miqdarı təyinini Agilent 7700 ICP MC aparatında ionspektral analiz metodu ilə aparılmasında iştirak etmişlər. Heterogen-katalitik oksidləşmə reaksiyalarinı aparmaq üçün axın tipli laborator qurğu ilə, eləcə də reaksiya qovşağına bilavasitə birləşmiş Agilent 5975 kütlə detektorlu Agilent 7890 GC-MC (uzunluğu 30 m olan HP-5MS kalonkası) aparatı ilə yaxından tanış olmuşlar. Tələbələr xromatoqrafik analizlərin aparılmasında əyani olaraq iştirak edirlər. Elmi təcrübə işləri mayın 23-ə kimi davam edəcəkdir.









