Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının yeni kitabı nəşr olunmuşdur.
May 06, 2025 | 14:27 / Nəşrlər
Oxunub 2209 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı  k.ü.f.d. b.e.i.  Fidan Ibrahimovanın “Phase diagrams and thermodynamics of systems Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te)”,  “Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te) sistemlərinin faza diagramları və termodinamikası”  adlı kitabı nəşr olunmuşdur.  

Kitab Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te) sistemlərinin faza diaqramlarının qurulması, modelləşdirilməsi və termodinamik parametrlərinin təyininə həsr edilmişdir.  Qeyri-üzvi kimyanın aktual məsələlərindən birinin yeni həlli– ümumi xalkogenid anionlu qeyri-üzvi üçlü sistemlərin faza diaqramlarının və termodinamiki funksiyalarının 3D modelləşməsinin analitik həlli işlənmişdir. 2D və 3D analitik modellər Ag-Ge-Se, Ag-Sn-Se, Ag-Pb-Se(Te) sistemlərində maye və buxar fazadan  bərk fazanın alınmasının temperatur, təzyiq və tərkib parametrlərinin optimallaşdırması üçün istifadə oluna bilər.  Tədqiqatların böyük həcminə görə, ədəbi məlumatları təhlil edərkən, əsasən, son dövrlərə aid nəşrlərdən, icmal məqalələrindən, və fundamental məlumat bazalarından istifadə olunmuşdur.

 

Fidan İbrahimova .

“Phase diagrams and thermodynamics of systems Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te)”,  

 Bakı “Ləman” nəşriyyat poliqrafiya” MMC, 208s. 2025

JURNALLAR
Faydalı linklər