Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi digər alim həmkarlarla birgə Scopus ( İF- 5,3, Q2) və Web of Science ( İF-2,1 Q2 ) bazalarında indeksləşən jurnalda dərc olunmuşdur .
May 07, 2025 | 13:00 / Nəşrlər
Oxunub 2207 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı (Hədiyyə Xəlilova, Nahidə Musayeva, Təranə Nurubəyli, Aybəniz Qaşqay, Fuad Rzayev, Bəxtiyar İzzətov, Məftun Əliyev) “ Sulu məhlullardan kadmium ionlarının çıxarılmasında alüminium oksidi/mis oksidi nanokompozitlərinin  effektivliyi “ (Effectiveness of alumina/copper oxide nanocomposites in removing cadmium ions from aqueous solutions) adlı məqaləsi Scopus və Web of Science  bazasında indeksləşən Composite İnterfaces“ jurnalında nəşr olunmuşdur.

Bu məqalədə adsorbsiya yolu ilə sulu məhluldan Cd(II) ionlarının çıxarılması üçün alüminium oksid (γ-Al2O3) və mis oksid (CuO) nanohissəciklərinin (NPs) sintezi və tətbiqi müzakirə olunur. Proses iki növ adsorbentdən - γ-Al2O3 NPs və γ-Al2O3/CuO nanokompozitindən istifadə etməklə tədqiq edilmişdir. Sintez edilmiş nanohissəciklərin xarakterinin öyrənilməsində  rentgen şüalarının difraksiyası (XRD),

Furye transformasiyasının infraqırmızı spektroskopiyası və ötürücü elektron mikroskopiya metodlarından (TEM) istifadə edilmişdir.

Təmas vaxtının, adsorbent konsentrasiyasının və Cd ionunun konsentrasiyasının xaricetmə səmərəliliyinə təsiri öyrənilmişdir. Araşdırma  göstərdi ki, γ-Al2O3/CuO nanokompozitindən istifadə daha aşağı adsorbent dozada Cd ionunun çıxarılmasının yüksək effektivliyini nümayiş etdirir. Məhluldan Cd ionlarının faizlə çıxarılmasının hesablanmasının nəticələri göstərdi ki, maksimum xaric olma sürəti 0,0232 q γ-Al2O3 NP-dən istifadə edildikdə 90 dəqiqəlik təmas müddətində, müvafiq olaraq 0,0116 q γ-Al2O3/12% C-dən istifadə edildikdə isə 30-90 dəqiqəlik təmas müddətində əldə edilir. Cd ionlarının adsorbsiyasına dair məlumatlar Langmuir izotermi ilə ən yaxşı uyğun gəlir.

 

Hadiya Khalilova, Nahida Musayeva,Tarana Nurubeylia, Aybeniz Kashkay , Fuad Rzayev, Bakhtiyar Izzatov and Maftun Aliyev

 

Effectiveness of alumina/copper oxide nanocomposites in removing cadmium ions from aqueous solutions

To link to this article: https://doi.org/10.1080/09276440.2025.2493474

Composite Interfaces” jurnalının Scopus bazasında  ( İF- 5,3, Q2) və Web of Science ( İF-2,1 Q2 )

 

 

 

JURNALLAR
Faydalı linklər