Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı beynəlxalq elmi konfransda iştirak etmişlər.
May 26, 2025 | 11:38 / Konfranslar, iclaslar
Oxunub 2449 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (k.e.d., prof. - İ.Əliyev, E. İsmayılov, İ.Bəxtiyarlı, A. Məmmədov, A.Əliyev, k.e.d.- Z. Ağayeva, S.İmaməliyeva, k.ü.f.d., dos. A. Rüstəmova, S. Osmanova, V. Məcidzadə, V. Məmmədov, V. Əhmədov 23-24 may 2025-ci il tarixlərində Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” adlı beynəlxalq elmi konfransda iştirak etmişlər.

Elmi konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilmişdir. Mövzu ilə bağlı 500-dən çox məqalə 5 cildlik kitabda nəşr olunmuşdur. Konfransda Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri iştirak edirdilər.

Konfransın bölmə iclaslarında institutun əməkdaşları – A. Heydərov, A. Rüstəmova, S. Osmanova, V. Məmmədov müxtəlif mövzularda maraqlı məruzələrlə çıxış etmiş, mövzu ilə bağlı verilən sualları cavablandırmışlar.

JURNALLAR
Faydalı linklər