May 27, 2025 | 16:00 /
AR ETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktoru üzrə doktorantı k.ü.f.d., dosent Şamo Zöhrab oğlu Tapdıqovun kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Ferment və antibiotiklərin immobilizə olunması və ünvanlı çatdırılması üçün yaddaşa malik nanostrukturlaşdırılmış polimerlərin sintezi və tədqiqi” mövzusunda dissertasiya işi 27.05.2025-ci il tarixində ED 1.15 Dissertasiya şurasının tərkibində fəaliyyət göstərən 2304.01 – “Makromolekullar kimyası” ixtisası üzrə Elmi seminarda müzakirə edillmişdir. Müzakirədən sonra səsvermə nəticəsində dissertasiya işi növbəti mərhələyə buraxılmışdır.
Elmi məsləhətçilər: akademik Dilqəm Bəbir oğlu Tağıyev və kimya elmlər doktoru Nizami Allahverdi oğlu Zeynalovdur.
Seminarda rəyçilər: AR Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu “Nanopolimer kompozitlər” laboratoriyasının müdiri k.e.d., prof. Nüşabə Qurbanova, AR ETN Radiasiya Problemləri İnstitutu, «Bərk cisimlər fizikası» laboratoriyasının a.e.i., k.e.d., prof. Şiraz Məmmədov və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universitetinin «Üzvi Kimya» kafedrasının professoru, k.e.d. Afət Hüseynova iştirak edirdilər.









