Xəbərlər
Yeni lüminessentli sensor suda təhlükəli maddələri aşkar edəcək
İyn 04, 2025 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 2247 dəfə

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin alimləri suda dörd növ çirkləndirici sayılan sulfatları, dihidroortofosfatları , alüminiumu və qalliumu aşkar edə biləcək bir lüminessentli sensor yaratdılar və bu ev şəraitində . suyun keyfiyyətini tez bir zamanda yoxlamağa kömək edəcək.

Alimlərin fikrincə,qurulşuna görə qida jelatininə oxşar maddə -  toz şəklində olan sensorlu hidrogelə qarışdırırlar.  Sonra , polimer örtük əldə etmək üçün alınan kütlə  düz bir səthdə nazik  təbəqə şəkilində yayılır.. Üzərinə bir damla su əlavə edilir və  ultrabənövşəyi lampa ilə ışıqlandırılır.

Əgər suda təhlükəli maddələr varsa – onda örtük yaşıl rənglə ışıqlanmağa başlayır. Parıltı nə qədər güclü olarsa , çirklənmənin  miqdarı  da bir o qədər yüksək deməkdir. Sensorun həssaslığı çox yüksəkdir -  minimal  miqdarda çirkləndiriciləri   təyin etmək qabiliyyətindədir.

Lüminessentli sensor sulfatların tez aşkarlanmasına imkan verir. Əvvəllər onları bu qədər dəqiq tuta bilən materiallar yox idi, çünki sulfat ionları rəngsizdir, suyun turşuluğunu dəyişdirmir və işığı udmur, bu da sensorları  suda ənənəvi analiz və vizual aşkarlama üsulları üçün  görünməz edir.


İş Rusiya Elm Fondunun dəstəyi ilə görülmüşdür. Tədqiqatın nəticələri Applied Organometallic Chemistry jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər