Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilmişdir
İyn 12, 2025 | 11:00 /
Oxunub 2560 dəfə

11.05.2025-ci il tarixində, saat 11.00-da Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya” fakültəsinin «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə sabiq doktorantıAbdullayeva Nigar Möylut qızının“Kimya” üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə təqdim etdiyi «ZSM-5 növlü modifikasiya olunmuş seolitlərin toluolun izopropanolla alkilləşməsi reaksiyasında aktivliyi və paraseçiciliyi» mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilmişdir. Dissertasiya işi 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarda k.e.d.,professor Arif Əfəndinin sədirliyi və seminar üzvlərinin iştirakı ilə müzakirə olunmuşdur. Elmi seminarın katibi k.ü.f.d.,dosent Bilqeyis İsmayılova sabiq doktorant haqqında anket məlumatını seminar üzvlərinə təqdim etdikdən sonra iddiaçının çıxışı və dissertasiya mövzusuna dair rəyçilərin: (k.e.d., prof. N. Şəmilov, BDU, k.ü.f.d.,dos. P.Nadirovun ADNSU) çıxışları dinlənilmişdir. Dissertasiya işinin mövzusu seminar üzvləri tərəfindən yetərincə müzakirə olunduqdan sonra səsvermə əsasında müsbət qiymətləndirilərək növbəti mərhələyə keçməsi qərarı ilə nəticələnmışdir.  

JURNALLAR
Faydalı linklər