Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya Institutunun əməkdaşları Beynəlxalq konfransda iştirak etmişlər.
İyn 13, 2025 | 09:36 / Konfranslar, iclaslar
Oxunub 2546 dəfə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə “UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” adlı konfrans keçirilmişdir. Konfrans, kimya, proses və material elmlərinə həsr olunmuş, beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirmək məqsədi daşıyır. Konfransda yerli və xarici alimlərin iştirakı ilə elmi məruzələr, paralel sessiyalar və poster təqdimatları olmuşdur. 3 günlük Beynəlxalq konfrans iştirakçılar üçün elmi biliklərin mübadiləsi və beynəlxalq əməkdaşlıqların qurulması baxımından da əhəmiyyətli olmuşdur. Onlar kimya mühəndisliyi, material elmləri və proseslərin idarə olunması sahələrində aparılan son tədqiqatlarla tanış olmuş, həmçinin xarici professorların təqdim etdiyi elmi çıxışları dinləmişlər. İştirakçılar konfransı elmi əməkdaşlıq, innovativ tədqiqatların mübadiləsi və gənc tədqiqatçıların dəstəklənməsi baxımından mühüm platforma kimi dəyərləndirmişlər. Konfransa dəvət olunmuş dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu alimlərin – Seeram Ramakrişna (Sinqapur Milli Universiteti, Sinqapur), Mixael Köhler (İlmenau Texnologiya Universiteti, Almaniya), Lara Mikakın (Ruder Boşkoviç İnstitutu), Sabu Thomas (Mahatma Gandhi University, India), Tsutomu Ono (Okayama University, Japan), Stefano Belluci  (İtaliya), İrfan Məhəmmədin (Hindistanın Tirupati Texnologiya İnstitutu) məruzələri gənc tədqiqatçıların marağına səbəb olmuşlar.

Konfransda 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının elmi işçisi Sevinc Cavadova “Physico-chemical studies of Bi2Se3 Thin films obtained by electrodeposition” adlı şifahi məruzəsi, kiçik elmi işçisi Aygün Zeynalova “Synthesis and Investigation of the Electrocatalytic Properties of Ni-P Thin Films” poster məruzəsi ilə çıxış etmişlər.

JURNALLAR
Faydalı linklər