Xəbərlər
Foto
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda “Beynəlxalq Yaşıl Hidrogen“ laboratoriyası yaradıldı.
İyn 19, 2025 | 14:40 / Konfranslar, iclaslar
Oxunub 1966 dəfə

19 iyun 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası  keçirilmişdir. İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu günkü tədbir 2 bayram ərəfəsinə təsadüf edir. Belə ki, 15 iyun- Milli Qurtuluş Günü və 26 iyun-  Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Bununla əlaqədar tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər. Akademik bildirdi ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Xalqımızın  azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtmaqla müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü və bu  meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Sonra akademik 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdəki, hadisələrdən , əsgərlərimizin  göstərdikləri  şücaətlərdən danışdı. Dılqəm Tağıyev qeyd etdi ki, müxtəlif fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti və suverenliyimizi bərpa etdi.

            Daha sonra akademik istirakçıların nəzərinə çatdırdı ki,  iclasın gündəliyinə 2025-ci ilin 6 ayı ərzində aparılmış elmi-tədqiqat işlərinin hesabatının  təsdiqi haqqında, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Gürcüstanın R.Aqladze adına Qeyri-üzvi və elektrokimya İnstitutu ilə birgə “Beynəlxalq Yaşıl Hidrogen“  laboratoriyasının təşkili haqqında  05.06.2025 il tarixində bağlanmış müqavilə barədə prof. A.Əliyevin məlumatı, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya və Çin Xalq Respublikasının Şandung Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutları arasında 04.06.2025 il tarixində imzalanmış Anlaşma Memorandumu haqqında k.ü.f.d. E.Babayevin məlumatı və s . məsələlər də daxil edilib.

Birinci məsələ haqqında danışan akademik bildirdi ki, 2025-ci ilin 6 ayı ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələri qənaətbəxşdir. Məsələ ətrafında müzakirələr aparıldı və hesabatların qəbul edilməsi qərara alındı. Sonra 2-ci məsələ haqqında danışan akademik bildirdi ki, hazırda İnstitutun qarşısında duran vacib məsələlərdən biri beynəlxalq elmi əlaqələrin genişləndirilməsidir. Bu baxımdan İnstitutumuz ilə Gürcüstanın R.Aqladze adına Qeyri-üzvi və elektrokimya İnstitutu arasında birgə “Beynəlxalq Yaşıl Hidrogen“  laboratoriyasının təşkili haqqında  bağlanmış müqavilə təqdirəlayiqdir. Müqavilə çərçivəsində qarşılıqlı səfərlər, birgə kadr hazırlığı və tədqiqat işlərinin görülməsi , alınmış müsbət nəticələrin birgə məqalə şəklində dərc olunması və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Növbəti məsələ haqqında danışan akademik bildirdi ki, Azərbaycan Respublikası ETN Kataliz və Qeyri-üzvi Kimya və Çin Xalq Respublikasının Şandung Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutları arasında 04.06.2025 il tarixində Anlaşma Memorandumu   imzalanmışdır. İmzalanmış memorandum haqqında  k.ü.f.d. E.Babayev məlumat verərək qeyd etdi ki, adı çəkilən İnstitutla elektro kataliz, CO2- nin reduksiyası və s. sahələr üzrə birgə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Sonra akademik gündəliyə daxil olan digər məsələlər haqqında məlumat verdi, müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.

 

JURNALLAR
Faydalı linklər