İyn 06, 2025 | 12:26 / Konfranslar, iclaslar
5 iyun 2025-ci il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda iclas keçirilmişdir. İclasın sədri k.e.d., prof. Elza Salahova, katibi k.ü.f.d. Nigar Allazova olmuşdur. İclasın gündəlik məsələsi – institutumuzun elmlər doktoru proqramı üzrə doktorantı k.ü.f.d., dosent Məşədiyeva Leyla Fərhadqızının 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mis və gümüşün p3-elementlərlə xalkogenidlərinin və onlar əsasında funksional xassəli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi.
Dissertasiya işi AMEA müxbir üzvü Məhəmməd Babanlının elmi məsləhətçiliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin iddiaçı tərəfindən təqdimatından və rəyçilər k.e.d., prof. Fuad Sadıqov və k.e.d., prof. Elman Mövsümovun çıxışlarından sonra iddiaçıya iclas iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonda dissertasiya işinin müvafiq Dissertasiya Şurasına müdafiəyə tövsiyə edilməsinə dair içlasın iştirakçıları tərəfindən açıq səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq iclasda dissertasiya işinin ED 1.15 Dissertasiya Şurasında müdafiəyə təqdim edilməsi qərara alınmışdır.









