Xəbərlər
İnstitutun əməkdaşlarının məqaləsi xarici alimlərlə birgə Scopus ( İF- 4,5, Q1 kvartilli) və Web of Science (IF-3,2) bazasında indeksləşən jurnalda dərc olunmuşdur .
İyn 30, 2025 | 13:00 / Nəşrlər
Oxunub 1420 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Pərvanə Babayeva, Arif Heydərov, M. Deniz Turan, Hasan Nizamoğlu & Tuğrulhan Dəmir) “Səthi Cavab Metodologiyasından (RSM) istifadə etməklə alüminiumun alunit filizindən NaOH ilə həllolmasının optimallaşdırılması” (Optimization of aluminum leaching from alunite ore with naoh using response surface methodology (RSM) adlı məqaləsi Scopus və Web of Science bazasında indeksləşən “Journal of Sustainable Metallurgyda nəşr olunmuşdur.

Məqalədə göstərilir ki, texnologiyanın inkişafı ilə ilkin resursların tükənməsi sürətlənir. Qlobal boksit ehtiyatlarının təqribən 90%-i alüminium istehsalı üçün istifadə edilsə də, alunit filizi tərkibindəki alüminium və nisbətən asanlıqla çıxarıla bilən qarışıqlara görə potensial alternativ kimi diqqəti cəlb etmişdir. Bununla belə, alunit filizinin iqtisadi cəhətdən sərfəli mənbə hesab edilməsi üçün fosfor kimi arzuolunmaz komponentlər xammaldan effektiv şəkildə təmizlənməlidir. Bu tədqiqatda alunitdən alüminiumun çıxarılması natrium hidroksid (NaOH) məhlulu ilə həllolma yolu ilə tədqiq edilmişdir. Yuyulma vaxtının, temperaturun və maye-bərk nisbətinin təsiri Səthi Cavab Metodologiyası (RSM) çərçivəsində Box-Behnken dizaynından istifadə edilməklə araşdırılmışdır. Optimallaşdırma meyarı fosforun həllini minimuma endirərkən alüminiumun həllolma qabiliyyətini artırmaq kimi müəyyən edilmişdir. Optimal şərait aşağıdakı kimi müəyyən edilmişdir: NaOH-in qatılığı 7%, yuyulma müddəti 30 dəqiqə, yuyulma temperaturu 69 °C və maye-bərk nisbəti 56 mL/q. Bu şərtlərdə alüminiumun çıxarılmasının səmərəliliyi 89%, fosforun hasilatı isə 18% ilə məhdudlaşdırılmışdır. Optimal şəraitdə alınmış xam alunit filizinin və həllolmadan alınan qalığının rentgen faza analizinin (RFA) təhlili alüminiumla əlaqəli piklərin intensivliyinin azaldığını göstərmişdir. Bundan əlavə, skanedici elektron mikroskopiya (SEM) analizi qalıqda qeyri-müntəzəm morfoloji strukturun formalaşmasını aşkar etmişdir.

Pərvanə BabayevaArif HeydərovM. Deniz TuranHasan NizamoğluTuğrulhan Demir  

Optimization of aluminum leaching from alunite ore with naoh using response 

surface methodology (RSM)

J. Sustain. Metall. (2025).https://doi.org/10.1007/s40831-025-01156-6 

https://link.springer.com/journal/40831

“Journal of Sustainable Metallurgy” jurnalının Scopus bazasında ( İF4,5, Q1 kvartilli) və Web of Science (IF-3,2 ,Q1

JURNALLAR
Faydalı linklər