İyl 01, 2025 | 10:00 / Konfranslar, iclaslar
23-25 iyun 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Yıldız Texnik Universitetinin təşkilatçılığı ilə TURAN – Fundamental Elmlər üzrə beynəlxalq simpoziumu (TURAN25) keçirilmişdir.
Beynəlxalq simpoziumda İnstitutumuzun əməkdaşları k.ü.f.d. Günel Əzimova “Synthesis of Green Chemistry-Based Catalyst for Carbon Monoxide Neutralization” adlı məruzə ilə, elmi işçi Nərgiz Rəhimli “Particle Size Analysis of Polymer-Based Metal Nanoparticles Using DLS Method” və doktorant Elmira Əliyeva “The Study of The Swelling Ratio of Gum Arabic and Acrylamide Hydrogel in Solutions with Different Ph” adlı məruzələrlə çıxış edərək iştirakçıların suallarını cavablandırmışlar. Simpoziumda əsasən biologiya, fizika, kimya, riyaziyyat və onun tətbiq sahələrinə aid olan bir sıra tədqiqat işlərinin müzakirəsi aparılmış və iştirakçılar elmi-tədqiqat işlərinin nəticələrini bölüşmüşlər. Simpoziumda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə yanaşı Radiasiya Problemləri İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Texniki Universitetinin professor, müəllim heyəti, eyni zamanda gənc alim və tədqiqatçıları da iştirak etmişlər.
Qeyd edək ki, türk xalqlarını birləşdirən zəngin mədəni və tarixi bağlara diqqət yetirən TURAN25 simpoziumu “bir millət, iki dövlət” prinsipi əsasında əməkdaşlıq və akademik əlaqələri inkişaf etdirərək bütün türk dövlətlərindən hörmətli akademik və tədqiqatçıları bir araya gətirərək, elmi əlaqələri gücləndirmək və fundamental elmlər sahəsində bilik və təcrübə mübadiləsini təşviq edir.