Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
İyl 01, 2025 | 15:00 /
Oxunub 1492 dəfə

24 iyun 2025-ci il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  iclas keçirilmişdir. İclasın sədri k.e.d., prof. Elza Salahova, katibi k.ü.f.d. Nigar Allazova olmuşdur. İclasın gündəlik məsələsi – İnstitutun sabiq doktorantı Osmanova Arzu Xancigid qızının “Alunit filizindən vanadium 5- oksidin çıxarılması prosesinin kimyəvi aspektləri” mövzusunda 2303.01 “ Qeyri- üzvi Kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi olmuşdur.

 Dissertasiya işi k.ü.e.d., professor Arif Heydərovun rəhbərliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin iddiaçı tərəfindən təqdimatından və rəyçilər k.ü.f.d.dos. Faiq Məmmədov və k.ü.f.d. Elvin Əhmədovun çıxışlarından sonra iddiaçıya iclas iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonda dissertasiya işinin müvafiq Dissertasiya Şurasına müdafiəyə tövsiyə edilməsinə dair içlasın iştirakçıları tərəfindən açıq səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq iclasda dissertasiya işinin ED 1.15 Dissertasiya Şurasında müdafiəyə təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər