Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı fəlsəfə doktoru dissertasiya işini müdafiə etmişdir
İyl 03, 2025 | 10:00 /
Oxunub 1531 dəfə

30 iyun 2025-ci il tarixində 2307.01- “Fiziki kimya” ixtisası üzrə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.16 Dissertasiya Şurasında AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının elmi işçisi Sevinc Piri qızı Cavadovanın “Elektrokimyəvi üsulla Bi-Se sisteminin nazik təbəqələrinin sintezi və yarımkeçirici xassələrinin tədqiqi” mövzusunda fəlsəfə doktoru dissertasiya işininin müdafiəsi keçirilmişdir.

Elmi rəhbər: k.e.d., professor Akif Əliyev

Rəsmi opponentlər: k.e.d., professor Yasin Cəfərov

akademik Əjdər Məcidov

 k.ü.f.d., dosent Qənirə Balakişiyeva

Müdafiənin sonunda səsvermənin müsbət nəticəsinə əsasən Sevinc Piri qızı Cavadovanın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər