İyl 17, 2025 | 11:23 / Konfranslar, iclaslar
1–11 iyul 2025-ci il tarixlərində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Prof. Etibar Ismayılov, k.ü.f.d. Aygün Rüstəmova, k.ü.f.d. Sevinc Osmanova və doktorant k.ü.f.d. Sevil Xəlilova Beynəlxalq elmi əməkdaşlıq memorandumu çərçivəsində İtaliyada ezamiyyətdə olmuş, ezamiyyət müddətində RAIT88 tədqiqat mərkəzində prof. Bellucci və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə sənaye və ətraf mühit problemlərinin həlli üçün perspektivli nanomaterialların sintezi sahəsində birgə eksperimentlər aparmışdır. Görüş zamanı təcrübə mübadiləsi həyata keçirilmiş, sintez olunmuş nanomaterialların tətbiq imkanları, xüsusilə çirklənmənin azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılmışdır. Eyni zamanda, birgə elmi layihələrin hazırlanması və beynəlxalq qrant proqramlarına müraciət perspektivləri nəzərdən keçirilmişdir. Ezamiyyət tədqiqat potensialının artırılması və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olmuşdur.









