Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutun əməkdaşlarının yerli alimlərlə birgə məqaləsi yüksək impact faktorlu (İF- 6.3, Cite Score -11.8) Q-1 kvartilli jurnalda dərc olunmuşdur.
Avg 01, 2025 | 11:24 / Nəşrlər
Oxunub 4176 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fransa Azərbaycan Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, AR ETN Radiasiya Problemləri İnstitutu və AR ETN Fizika İnstitutunun alimlərinin birgə apardıqları tədqiqat işlərinin nəticələri SCOPUS bazasında indekslənən Journal of Alloys and Compounds  (İF- 6.3Cite Score -11.8,  kvartil-Q1) jurnalında nəşr olunmuşdur.

Məqalə MnSe–Ga2Se3–In2Se3 sistemində faza tarazlığının öyrənilməsinə, aralıq fazaların kristallokimyəvi və fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur. Tədqiq olunan sistemdə mövcud olan xalkogenid fazalarının ilkin kristallaşma sahələri  haqqında təqdim olunan məlumatlar ərintidən  istiqamətli kristallaşma üsulu ilə monokristalların alınması üçün yaxşı imkanlar açdığı məqalədə vurğulanır. Bu sistemdə əmələ gələn MnIn2Se4, Mn2In2Se5 və MnGaİnSe4 birləşmələrinin kristal qurluşları Ritveld metodu ilə dəqiqləşdirilmişdir. Qeyd etmək lazımdır ki, son illərdə aparılan tədqiqatlar göstərir ki, laylı qurluşa malik olan bu tip birləşmələr suyun parçalanması və CO2-nin reduksiyası proseslərində tətbiq üçün böyük potensiala malikdir və həmçinin litium (natrium) ion batareyalarında yeni tip anod materialları kimi istifadə üçün yaxşı namizədlərdir. Eyni zamanda məqalədə MnGaInSe4 birləşməsinin elektrik keçiriciliyinin temperaturdan asılılığı öyrənilmiş, keçiriciliyin tipi, kristalda ionlaşmış mərkəzlərin qatılığı, yük daşıyıcıların aktivləşmə enerjisi müəyyən edilmişdir. Pul–Frenkel effekti dominant olan MnGaInSe4 materialından yüksək elektrik sahəsi altında elektronların tələlərdən sürətlə ayrılması və keçiriciliyin eksponensial artması nəticəsində nanoelektronika, sensor texnologiyaları, ReRAM/memristor yaddaş elementləri və yüksək sahə tranzistorları kimi tətbiqlərdə yüksək sürətli, səmərəli enerji sərfi və sabit işləyən funksional qurğular yaratmaq mümkündür.

Faik M. Mammadov,  Dunya M. Babanly, Elnur N. Orujlu, Namiq N. Niftiyev, Famin T. Salmanov, Rashid J. Gasimov, Mahammad A. Bayramov,  Imamaddin R. Amiraslanov, and Mahammad B. Babanly. The phase equilibria in the MnSe–Ga2Se3–In2Se3 system, crystal structure and some physical properties of MnGaInSe4.

J.Alloys and Compounds, 2025, V.1036, P.181814. https://doi.org/10.1016/j.jallcom.2025.181814  

Faiq M. Məmmədov, Dünya M. Babanlı, Elnur N. Oruclu, Namiq N. Niftiyev, Famin T. Salmanov, Rəşid C. Qasımov, Məhəmməd A. Bayramov, İmaməddin R. Əmiraslanov, Məhəmməd B. Babanlı. MnSe–Ga2Se3–In2Se3 sistemində faza tarazlığı, MnGaInSe4-ün kristal quruluşu və bəzi fiziki xassələri. “Ərintilər və birləşmələr” jurnalı.

JURNALLAR
Faydalı linklər