Sen 01, 2025 | 11:00 / Nəşrlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.e.d P.A.Fətullayevanın“ Hidrazin törəmələrinin kimyasi və bioloji aktivliyi” (Химия и биологическая активность производных гидразина) monoqrafiyası Moskvada nəşr olunmuşdur.
Monoqrafiya elmin, texnikanın və təbabətin bir çox sahələrində geniş istifadə olunan müxtəlif növ üzvi birləşmələrin tərkibinə daxil olan, tərkibində hidrazin fraqmenti olan birləşmələrə həsr edilmişdir. İşin məqsədi müəllifin nəşrləri də daxil olmaqla son onillikdə çapdan çıxan müxtəlif hidrazid/hidrazon törəmələri üzrə ədəbiyyat materiallarını nəzərdən keçirməkdir. Monoqrafiyada əvvəllər məlum olmayan reduksiya edilmiş hidrazon liqandları və onların metallarla kompleksləri, xassələri və bioloji aktivliyi haqqında məlumat verilir. Hidrazin törəmələrinin funksional imkanları bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini vurğulayır ki, bu da son nəticədə yeni effektiv dərman preparatlarının meydana şıxmasına gətirib çıxara bilər.
Kitab bu sahədə elmi-tədqiqat işləri ilə məşğul olan alimlər, tədqiqatçılar, aspirantlar və tələbələr üçün nəzərdə tutulmuşdur və onlar üçün dəyərli məlumat mənbəyi ola bilər.
П. А. Фатуллаева
ХИМИЯ И БИОЛОГИЧЕСКАЯ АКТИВНОСТЬ ПРОИЗВОДНЫХ ГИДРАЗИНА
Mонография
Москва АНО « Издательский Дом «Научное обозрение» 2025 стр. 317.









