Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının yeni kitabı nəşr olunmuşdur.
Sen 03, 2025 | 09:25 / Nəşrlər
Oxunub 1403 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.e.d. Samirə İmaməliyevanın "Nadir torpaq elementlərinin 13-15 qrup elementləri ilə telluridləri"(«Теллуриды редкоземельных элементов с элементами 13-15 групп») monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiyada  Nadir torpaq elementlərinin Dövri Sistemin 13-15 qrup elementləri ilə nadir torpaq metallarının əmələ gətirdiyi üçlü və daha mürəkkəb tellurid  fazaları haqqında mövcud ədəbiyyat məlumatları sistemləşdirilmiş və təhlil edilmişdir. Müəllif binar, üçlü və daha mürəkkəb telluridlərin sintez üsulları haqqında geniş məlumat vermiş, göstərilən birləşmələrdən təşkil olunmuş sistemlərin faza diaqramlarını, aralıq fazaların kristallokimyəvi və fiziki-kimyəvi xassələrini təqdim və şərh etmişdir. 

Monoqrafiya Nadir torpaq elementlərinin əsasında mürəkkəb xalkogenid-lərin tədqiqi ilə məşğul olan tədqiqatçılar üçün faydalı olacaqdır.

İmaməliyeva S.Z.

«Nadir torpaq elementlərinin 13-15 qrup elementləri ilə telluridləri»

Monoqrafiya

Bakı  2025 “ Caвад»  336 s.

 

 Имамалиева С.З.

«Теллуриды редкоземельных элементов с элементами 13-15 групп» «Савад», 2025, - 336с

 

 

JURNALLAR
Faydalı linklər