Xəbərlər
İnstitutun əməkdaşlarının məqaləsi xarici alimlərlə birgə Scopus ( İF- 7,0, Q2) və Web of Science ( İF-4,7 Q2 ) bazalarında indeksləşən jurnalda dərc olunmuşdur .
Sen 08, 2025 | 09:28 / Nəşrlər
Oxunub 1361 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının  (İsmayılova Səbinə Zahid qızı, İsmayılov Rayyət Hüseyn oglu, Tağıyev Dilqəm Bəbir oglu, Halil Şenol, Məcidov Əjdər Əkbər oğlu, Hüseynova Mənsurə Teyfur qızı, Bahattin Yalcin, Parham Taslimi*, Rəsulov Namiq Şahid oğlu, Nastaran Sadeghian, Onur Sahin, Shie-Ming Peng) “Pirazinlə modullaşdırılmış uzun zəncirli oliqo-α-aminopiridin liqandı ilə mis(II) monoheliks kompleksləri: sintezi, kristal quruluşu və bioaktiv tədqiqatlar” (Copper(II) monohelix complexes with pyrazine-modulated long-chain oligo-α-aminopyridine ligand: synthesis, crystal structures, and bioactivity studies)adlı məqaləsi Scopus və Web of Science  bazasında indeksləşən “Journal of Molecular Structure“da nəşr olunmuşdur.

Məqalədə pirazinlə modullaşdırılmış pentapiridiltetraamin liqandından N2,N2′-(piridin-2,6-diyl)bis(N6 -(pirazin-2-il) piridin-2,6-diamin) H4N9-2pz istifadə etməklə, üç yeni mononüvəli [Cu(H4N9-2pz)](NO3)2•(CH3CN) 1, [Cu (H4N9-2pz)]Cl2•2(H2O) 2 və [Cu(H3N9-2pz)] (CH3COO)•2.5(H2O) 3  kompleksləri sintez edilmiş, quruluş xarakteristikası və bioaktiv xassələri tədqiq edilmişdir. 1-3 komplekslərinin in vitro təhlili onların AChE və BChE-ni geniş yayılmış inhibitor tacrinindən (IC50: 123.58 ± 6.80 və 146.18 ± 7.91 µM) daha effektiv şəkildə inhibə etdiyinini aşkar etdi. Əlavə olaraq, onların AChE və BChE üçün IC50 dəyərləri müvafiq olaraq 32,87 ilə 68,15 və 14,60 ilə 31,68 µM arasında dəyişir. 1-3 komplekslərinin EPR spektrində g faktorun g|| və g komponentləri oxşar qiymətlərə malikdir (1 üçün g|| = 2,0179 və g = 2,1246; 2 üçün g|| = 2,0044 və g = 2,1425; 3 üçün g|| = 2.0118 and g = 2.1356). Monokristal rentgen yanaşması komplekslərin təhrif olunmuş triqonal bipiramidal həndəsəyə malik olduğunu göstərir ki, bu da EPR spektrlərinin (g > g||~ ge) "tərs çevrilmiş növü"nə, ölçülmüş maqnit momenti həssaslığına və elektron spektr tədqiqatlarına uyğundur. 1-3 komplekslərinin quruluşlarının müqayisəsi zamanı kompleks əmələgəlməsi üçün nitrat, karboksilat və ya xlorid  ionlarından çox H4N9-2pz liqandının vacib olduğunu göstərir.

 

Sabina Zahid Ismayilova, Rayyat Huseyn Ismayilov*, Dilgam Babir Tagiyev, Halil Senol, Ajdar Akber Medjidov, Mansura Teyfur Huseynova, Bahattin Yalcin, Parham Taslimi*, Namig Shahid Rasulov, Nastaran Sadeghian, Onur Sahin, Shie-Ming Peng

Copper(II) monohelix complexes with pyrazine-modulated long-chain oligo-α-aminopyridine ligand: synthesis, crystal structures, and bioactivity studies

https://www.sciencedirect.com/science/article/pii/S0022286025019659?via%3Dihub

Journal of Molecular Structure

Volume 1347, 15 December 2025, 143295

DOİ: https://doi.org/10.1016/j.molstruc.2025.143295

JURNALLAR
Faydalı linklər