Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 3 saylı laboratoriyasının əməkdaşları Beynəlxalq Simpoziumda iştirak etmişlər
Sen 09, 2025 | 13:00 /
Oxunub 1729 dəfə

01-04 sentyabr 2025-ci il tarixlərində 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının əməkdaşları Sevinc Cavadova və Vüsalə Məcidzadə Türkiyənin İzmit şəhərində keçirilən 9th International Symposium on Materials for Energy Storage and Conversion” beynəlxalq simpoziumunda (MESC- IS 2025) iştirak etmişlər.

Simpoziumda Hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində Almaniya, İsveçrə, Meksika, Özbəkistan, Rumıniya, İran, Qazaxıstan və digər ölkələrdən olan  alim və mütəxəssislər iştirak etmişlər.

Xatırladaq ki, bu bu simpozium 2015-ci ildən keçirilməyə başlanmışdır. Simpozium hər il - tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir. İndiyə qədər Türkiyənin müxtəlif bölgələrindən başqa, simpozium Serbiya, Xorvatiya və Azərbaycanda keçirilmişdir.

Simpoziumda S. Cavadova və V. Məcidzadə “Obtaining Bi2O3 via electrochemical method for Solar to Hydrogen processes” adlı konfrans materialını təqdim etmişlər.

JURNALLAR
Faydalı linklər