Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutun əməkdaşlarının yerli və xarici alimlərlə birgə məqaləsi yüksək impact faktorlu Cite Score -5.2) Q-2 kvartilli jurnalda dərc olunmuşdur.
Sen 10, 2025 | 16:00 / Nəşrlər
Oxunub 1430 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Ukrayna Milli Su və Ətraf Mühit Mühəndisliyi Universiteti, ADNSU Fransa Azərbaycan Universiteti  alimlərinin birgə apardıqları tədqiqat işlərinin nəticələri SCOPUS bazasında indekslənən Chemical Thermodynamics and Thermal Analysis. ( Cite Score -5.2,  kvartil-Q2) jurnalında nəşr olunmuşdur.

Məqalə  Fe-Ga-Se sistemində bərk faza tarazlığının öyrənilməsinə, aralıq fazaların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. Tədqiq olunan sistemdə mövcud olan xalkogenid fazalarının sintezi və monokristallarının alınmasının əsasında müvafiq sistemlərin faza diaqramları ilə yanaşı, fundamental termodinamik xassələrinə aid məlumatların böyük əhəmiyyət kəsb etdiyi məqalədə vurğulanır. Təcrübə nəticələr əsasında və ədəbiyyat məlumatlarından istifadə etməklə  otaq temperaturunda Fe-Ga-Se sisteminin FeSe-Ga2Se3-Se qatılıq intervalında bərk faza tarazlığının diaqramı qurulmuş, geniş bərk məhlul sahələrinin alındığı aşkar edilmişdir. EHQ-nin ölçülməsilə FeSe-Ga2Se3-Se sistemində əmələ gələn birləşmələrin və dəyişən tərkibli fazaların ((FeSe)1-х(Ga2Se3)х (x = 0.55; 0.8; 0.9))  fundamental termodinamik funksiyaları hesablanmışdır. Qeyd etmək lazımdır ki, tədqiq olunan dəmir-qallium selenidləri dayanıqlı və bərpa olunan enerji tətbiqləri üçün perspektivli materiallar kimi  praktiki maraq doğurur.

Faik M. Mammadov, Dunya M. Babanly , Samira Z. Imamaliyeva , Ilaha F. Huseynova, Mykola V. Moroz, Vusala A. Abbasova, Ikhtiyar B. Bakhtiyarly, Mahammad B. Babanly. Solid-phase relations in the FeSe-Ga2Se3-Se system and thermodynamic investigation of the FeGa2Se4 compound and (FeSe)1-х(Ga2Se3)х solid solutions

Chemical Thermodynamics and Thermal Analysis. V. 19, 2025, 100207. https://doi.org/10.1016/j.ctta.2025.100207


Faiq M. Məmmədov, Dünya M. Babanlı, Samirə Z. İmaməliyeva, İlahə F. Hüseynova, Mikola V. Moroz, Vüsalə A. Abbasova, İxtiyar B. Bəxtiyarlı, Məhəmməd B. Babanlı. FeSe-Ga2Se3-Se sistemində bərk faza tarazlığı və FeGa2Se4 birləşməsinin və (FeSe)1-х(Ga2Se3)х bərk məhlullarının termodinamik tədqiqi.

Kimyəvi Termodinamika və Termal Analiz.

JURNALLAR
Faydalı linklər