Sen 12, 2025 | 15:36 / Konfranslar, iclaslar
B İ L D İ R İ Ş
22-23 Oktyabr 2025-ci il tarixlərində akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 illik və Azərbaycanın görkəmli kimyaçı alimi Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş elmi konfrans keçiriləcəkdir.
Konfransın proqramına kimyanın, kimya-texnologiyasının və materialşünaslığın aktual problemlərinə aid yeni orijinal materiallar daxil ediləcəkdir.
Konfransa materialların qəbul qaydaları aşağıdakı kimidir:
- Məruzə tezislərinin həcmi A5 formatında (hər tərəfdən 1,5 sm olmaqla) 1 səhifə olmalıdır. Mətn 1 intervalla, Times New Roman və 11 şriftlə azərbaycan və ya ingilis dilində yazılmalıdır.
Materialların tərtib olunma nümunəsi:
|
Konfransda iştirak etmək üçün tezislər 10 oktyabr 2025-ci il tarixə qədər [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd:Konfransa tədqiqat xarakterli məqalələr qəbul olunur. Texniki tələblərə uyğun gəlməyən materiallar təşkilat komitəsi tərəfindən baxılmayacaqdır. Tezislərin orijinallığına müəlliflər məsuliyyət daşıyır. Seçilmiş tezislərin məqalələrinin Respublika elmi jurnallarında çapı nəzərdə tutulur.
Əlaqə telefonu: 0505922663; 012 5107442 Esmira Quluzadə
E-mail: [email protected]









