Sen 16, 2025 | 10:40 / Nəşrlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının ( Pərizad Fətullayeva, Əjdər Məcidov, Dilqəm Tağıyev, Rəyyət İsmayılov, Gülü Abbasova xarici alimlərlə birgə ) “Vanadyl (III)-(E)-N′-(3,5-di-tert-butyl-2-hydroxybenzylidene)-nicotinohydrazide complex: Synthesis, characterization and in vitro and in silico cholinesterase and α-glucosidase inhibition studies” məqaləsi Scopus və Web of Science bazasında indeksləşən Polyhedron jurnalında nəşr olunmuşdur.
Məqalədə yeni N-nikotinoil-N′-(3,5-ditertbutil-2-hidroksi)benzilidenhidrazin (H2L) liqandı və bu liqandla [VO(L)CH3O·CH3OH] kompleksi sintez edilmişdir. Onların strukturları rentgen struktur üsulu ilə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, kompleksdəki metanol molekulu asanlıqla piridin molekulu ilə mübadilə olunur. H2L və [VO(L)CH3O·CH3OH] birləşmələrinin AChE, BChE və α-qlükozidaza fermentlərinə qarşı təsiri Ellman və Tao üsulları ilə araşdırılmış və nəticələr IC50 və Ki kimi hesablanmışdır. Hər iki birləşmə müxtəlif aktivlik dərəcəsi ilə hər üç fermentin effektiv inhibəsini nümayiş etdirmişdirdir. AChE üçün H2L ən aşağı IC50 dəyərini (8.45 μM, r2 = 0.993) və Ki (5.53 ± 0.73 μM) nümayiş etdirmişdir. Həm vanadil kompleksindən (IC50 = 10.61 μM, Ki = 7.38 ± IC) həm də müqayisə preparatı takrindən (IC50 = 13,75 μM, Ki = 11,90 ± 1,01 μM) aşağı nəticə göctərmişdir.
Əlavə olaraq, üç hədəf fermentə qarşı liqandın (H2L) və onun vanadil kompleksinin [VO(L)(CH3O)·CH₃OH] mümkün inhibə mexanizmlərini və bağlanma rejimlərini aydınlaşdırmaq üçün molekulyar yerləşdirmə tədqiqatları aparılmışdır. Hədəf fermentlər: asetilxolinesteraza (AChE, PDB ID: 4EY7), butirilxolinesteraza (BChE, PDB ID: 6EQP) α-qlükozidaza (α-Glu, PDB ID: 3WY1). Liqand-zülal qarşılıqlı təsirlərinin daha dəqiq proqnozlaşdırılmasına nail olmaq və konformasiya çevikliyini nəzərə almaq üçün Induced Fit Docking (IFD) protokollarından istifadə edilmişdir. Hər iki birləşmə in vitro tədqiq edilmiş və onların dərman dizaynında istifadə oluna biləcəyi müəyyən edilmişdir.
Perizad Amrulla Fatullayeva, Ajdar Akper Medjidov, Halil Senol, Dilgam Babir Tagiyev, Rayyat Huseyn Ismayilov, Onur Sahin, Victor Nikolaevic Khrustalev, Gulu Ganimat Abbasova, Furkan Çakır, Nastaran Sedeghian, Parham Taslimi*.
Vanadyl (III)-(E)-N′-(3,5-di-tert-butyl-2-hydroxybenzylidene)-nicotinohydrazide complex: Synthesis, characterization and in vitro and in silico cholinesterase and α-glucosidase inhibition studies”
https://doi.org/10.1016/j.poly.2025.117783
“ Polyhedron”
Received 21 May 2025; Accepted 6 September 2025 Polyhedron 282 (2025) 117783









