Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının əməkdaşları beynəlxalq konfransda iştirak etmişlər.
Sen 17, 2025 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1633 dəfə

10-12 sentyabr 2025-ci il tarixlərində “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının müdiri prof. Akif Əliyev və əməkdaşları - Vüsalə Məcidzadə və Nəzakət Əliyeva Məmmədova Bakıda AR ETN Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə keçirilən Environmental Impact of Military Conflicts (Ətraf mühitə hərbi münaqişələrin təsiri)” adlı beynəlxalq konfransda iştirak etmişlər.

Bildiyimiz kimi, son 30 ildə region ölkələri, xüsusən də postsovet məkanında çoxsaylı hərbi münaqişələr yaşanıb və yaşanmaqdadır. Davam edən bu hərbi əməliyyatlar nəticəsində regionun hava, torpaq və su mühitində müxtəlif fəsadlar yaranıb ki, bu da iqlim dəyişikliyində mühüm rol oynayan təbii karbon dövranının pozulmasına gətirib çıxarmışdır. Partlayıcı maddələrdən kimyəvi çirklənmə, dağıdılmış avadanlıqlardan yanacaq sızması, radiasiya ilə çirklənmə, meşə yanğınları, xüsusən də suyun çirklənməsi, həmçinin fauna və floraya təsir edən deqradasiya prosesləri həm insan həyatı, həm də ətraf mühit üçün təhlükə yaradan ciddi ekoloji risklər yaratmışdır.

Bu konfrans hərbi münaqişələrin ətraf mühitə dağıdıcı təsiri ilə əlaqəli müxtəlif ölkələrdə toplanmış məlumatların təqdimatını, ətraf mühitin bərpası sahəsində təcrübə mübadiləsini və bu sahədə beynəlxalq əməkdaşlığı təşviqinə həsr edilmiş sözügedən mövzuda ilk konfransdır. Konfransda münaqişələrin ətraf mühitə təsiri məsələlərinə dair aşağıdakı bölmələr müzakirə edilmişdir:

 I. Hərbi hərəkətlər, istifadə olunan texnika, partlayıcı maddələr və kimyəvi vasitələr

 II. Hərbi hərəkətlər nəticəsində meşə yanğınları, su və torpaq çirklənməsi

 III. Hərbi əməliyyatların radioekoloji vəziyyətə təsiri

 IV. Hərbi hərəkətlərin və işğal proseslərinin tarix və memarlıq abidələrinə təsiri

 V. Ətraf mühitin pozulmasının iqlim dəyişikliyinə təsiri

 VI. Müharibədən zərər çəkmiş ərazilərin bərpası sahəsində beynəlxalq əməkdaşlığın qurulması

 Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Pakistan və Ukraynadan olan  alim və mütəxəssislər iştirak edirdilər.

Konfransda laboratoriyanın əməkdaşı N. Əliyeva Məmmədova ingilis dilində In-Sb thın fılms ın mılıtary applıcatıonsadlı şıfahi məruzə etmişdir. Məruzə xarici qonaqlar tərəfindən maraqla qarşılanmış və bu mövzuda məruzəçiyə müxtəlif suallar verilmişdir.

 Konfransın sonuncu günü və bağlanış mərasimi dilbər güşələrimizdən olan Şuşa şəhərində baş tutmuşdur. Konfransın Təşkilat Komitəsi iştirakçıları və xarici qonaqları işğaldan azad olunmuş ərazilərimizdə olan dağıntılarla tanış etmiş, orada olan ekoloji vəziyyət haqqında məlumat vermişdir. Konfransın bağlanış mərasimi Şuşa qalasında keçirilmişdir.

JURNALLAR
Faydalı linklər