Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
Sen 18, 2025 | 13:00 /
Oxunub 2126 dəfə

17 sentyabr 2025-ci il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  iclas keçirilmişdir. İclasın sədri k.e.d., prof. Imir Əliyev, katibi k.ü.f.d. Nigar Allazova olmuşdur. İclasın gündəlik məsələsi – İnstitutun  “ Renium ərintilərinin elektrokimyası və elektrokatalizi” laboratoriyasının sabiq  dissertantı Əlizadə Yılmaz Elşən oğlunun  “ Hərbi sənayedə reaktiv mühərriklərində odadavamlı  renium –molibden əsasında yeni nanomaterialların elektrokimyəvi üsulla alınması” mövzusunda 2307.01 “ Fiziki - Kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi olmuşdur.

 Elmi rəhbər : k.e.d. prof. Elza Salahova

Rəyçilər : Kataliz və Qeyri-üzvi Kimya İnstitutu k.ü.f.d.dos.  Nailə İmanova

              Sumqayıt Dövlət Universiteti Ailə Əliyeva  

Sonda dissertasiya işinin müvafiq Dissertasiya Şurasına müdafiəyə tövsiyə edilməsinə dair içlasın iştirakçıları tərəfindən açıq səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq iclasda dissertasiya işinin ED 1.15 Dissertasiya Şurasında müdafiəyə təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər