Sen 19, 2025 | 13:05 / Maraqlı məlumatlar
Sulu mühitlərdən qrup və selektiv sorbsiya tələbi ildən-ilə daha da aktuallaşır. Tekstil və dəridən istifadə edən sənaye sahələrinin çoxlu tullantıları çirkab sularına düşür və onların təmizlənməsinə ehtiyac duyulur. Bəzi istehsalat müəssisələrində boyama üçün üzvi həlledicilərdən istifadə olunur və onların yaradılması üçün də sorbentlər tələb olunur. Buna görə də alimlərin qarşısında bütün bu sahələrdə səmərəli işləyəcək sorbentlərin hazırlanması vəzifəsi dayanır.
“Silisium dioksidin (SiO₂) sorbent kimi seçilməsi onun xüsusiyyətləri ilə bağlıdır: böyük xüsusi səthə malikdir, əla mexaniki xassələri var və bəzi materiallarla güclü adgeziya göstərir. SiO₂ nanohissəciklərinin inkişaf etmiş səthi və onun modifikasiya imkanı onların yük xassələrini geniş intervalda dəyişməyə imkan verir.
Alimlər tədqiqat nəticəsində geniş elektrokinektik potensial diapazonuna (-35-dən 40 mV-a qədər) malik dörd perspektivli sorbent əldə edə bildilər. Bu göstərici hissəciklərin səthi xüsusiyyətlərini müəyyən edir.
Sonra bu dörd sorbent müxtəlif fiziki-kimyəvi metodlarla ətraflı şəkildə xarakterizə olundu. Modifikasiya şərtlərini dəyişməklə alimlər yüksək elektrokinektik potensiala (səthi yüklərə) malik sorbentlər yaratdılar.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi A. V. Nikolaev adına Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları sənayedə istifadə olunan bütün mümkün boyaları tutmağa imkan verən, silisium dioksid (kremnizema) əsasında sorbentlərin əldə edilməsi texnologiyasını işləyib hazırlayıblar. Belə sorbentlərin gələcəkdə çirkab sularının təmizlənməsi üçün filtrlərdə istifadəsi mümkün olacaq. Bundan əlavə, onların bəziləri bir çox istehsal sahələri üçün zəruri olan hibrid piqmentlərin yaradılması üçün də uyğundur.
Araşdırmanın nəticələri Journal of Molecular Liquids jurnalında dərc olunub.









