Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
Sen 23, 2025 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1852 dəfə

23 sentyabr 2025-ci il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  iclas keçirilmişdir. İclasın sədri k.e.d., prof. Vaqif Əhmədov, katibi k.ü.f.d. Ülviyyə Qurbanova  olmuşdur. İclasın gündəlik məsələsi – İnstitutun  “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının sabiq  dissertantı Hümbətova Səadət Faiq qızının “Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi” mövzusunda «2304.01–Makromolekullar kimyası»  ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi olmuşdur.

Elmi rəhbər : k.e.d. Nizami Zeynalov

Rəyçilər : AR ETN akad. Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, k.ü.f.d. Aygül Ziyafəddin qızı Əbilova.

AR ETN Polimer Materialları İnstitutunun aparıcı elmi işçisi, k.ü.f.d. Afət Mirzə qızı Əliyeva                                                                                                                                              Sonda dissertasiya işinin müvafiq Dissertasiya Şurasına müdafiəyə tövsiyə edilməsinə dair içlasın iştirakçıları tərəfindən açıq səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq iclasda dissertasiya işinin növbəti mərhələyə təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər