Sen 22, 2025 | 11:00 / Konfranslar, iclaslar
18.09.2025-ci il tarixində AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i iştirak etmişdir. İclasda İnstitutunun doktorantı Tapdıqov Şamo Zöhrab oğlunun 2304.01 – "Makromolekullar kimyası" ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ferment və antibiotiklərin immobilizə olunması və ünvanlı çatdırılması üçün yaddaşa malik nanostrukturlaşdırılmış polimerlərin sintezi və tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmişdir. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın müşaviri akademik Adil Qəribov, Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayev, Polimer Materialları İnstitutunun baş direktoru professor Bəxtiyar Məmmədov və Bakı Dövlət Universitetinin professoru Rasim Alosmanov iş haqqında geniş məlumat vermişlər. Şura üzvlərinin müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirilmiş və nəticə ED 1.15 Dissertasiya şurasının sədr müavini AMEA-nın müxbir üzvü, k.e.d., professor Məhəmməd Babanlı tərəfindən elan edilmişdir.









