Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya Şurasının iclası keçirilmişdir
Sen 26, 2025 | 15:00 /
Oxunub 2200 dəfə

25.09..2025-ci il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i  iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin doktorantı Abdullayeva Nigar Möylut qızının 2316.01 “Kimyəvi kinetika və kataliz”  ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “ZSM-5 növlü modifikasiya olunmuş seolitlərin toluolun izopropanolla alkilləşməsi reaksiyasında aktivliyi və paraseçiciliyi”  mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmiş,  sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-ın Rəyasət Heyətində AMEA-nın müşaviri,  akademik, k.e.d., prof. Adil Qəribov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, k.e.d. Elvira Hüseynova və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun k.e.d., dos. Fəridə Babayeva iş haqqında geniş məlumat vermişlər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirilmiş və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edilmişdir.

JURNALLAR
Faydalı linklər