Xəbərlər
Qrenlandiyanın buz nüvəsində sirli tapıntı
Sen 29, 2025 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2288 dəfə

Alimlər platinin anormal miqdarının səbəbini müəyyənləşdirdilər

Qrenlandiyanın buz örtüyünün dərinliklərində aşkar edilmiş müəmmalı kimyəvi iz üçün yeni izah irəli sürülüb. Əvvəllər, təxminən 12 800 il əvvəl buz qatında qeydə alınmış platinin kəskin artması Yer kürəsinin kosmik cisimlə toqquşması hipotezinin təsdiqi kimi şərh edilirdi. Lakin ,yeni tədqiqat daha yerüstü versiyanı təklif edir: platinin miqdarının anormal artması kosmik təsirdən deyil, uzunmüddətli İslandiya vulkanının püskürməsi ilə izah oluna bilər.

Qeyd etmək vacibdir ki, bu dövr Şimal yarımkürəsində temperaturun kəskin şəkildə düşdüyü, Son Dryas (12 870–11 700 il əvvəl) adlanan güclü soyuma ilə üst-üstə düşür. Almaniyada Laaxer-Ze püskürməsindən qalmış vulkanik pemza nümunələrinin analizi platinin az miqdarda olduğunu göstərib. Bundan başqa, buz qatlarının zaman şkalası dəqiqləşdirildikdən sonra məlum olub ki, platinin sıçrayışı Son Dryasın başlanmasından təxminən 45 il sonra baş verib. Bu da göstərir ki, həmin sıçrayış soyumanın səbəbi ola bilməzdi.

Platinin yüksək konsentrasiyasının uzun müddət (təxminən 14 il) artması ani meteorit təsirindən fərqli olaraq uzunmüddətli prosesə işarə edir. Kimyəvi tərkibə görə ən real mənbə vulkan qazlarının kondensatları, xüsusilə də sualtı vulkanlar hesab olunur. İllərlə davam edən İslandiya yarıqlarının püskürmələri platinin sıçrayışının müddətinə uyğun gəlir. Sualtı və ya buzaltı püskürmələr su ilə qarşılıqlı təsirdə olduqda qeyri-adi kimyəvi tərkibi izah edilə bilir, çünki dəniz suyu vulkan qazlarında platinin cəmlənməsinə səbəb ola bilir.

Tədqiqat həmçinin göstərir ki, 12 870 il əvvəl soyumanın başlanğıcı ilə tam üst-üstə düşən güclü vulkanik sulfat tullantısı müxtəlif buz nüvələrində qeydə alınıb. Bu püskürmə – Laaxer-Ze və ya naməlum vulkan – atmosferə tarixdəki ən böyük püskürmələrlə müqayisə edilə biləcək miqdarda kükürd atıb. Keçmiş iqlim dəyişikliklərinin səbəblərini anlamaq gələcəyi proqnozlaşdırmaq üçün mühümdür. Hərçənd ki, iri meteoritin düşmə və ya güclü vulkan püskürməsi ehtimalı hər il azalır və bu cür hadisələr demək olar ki, qaçılmazdır.

Tədqiqatın nəticələri PLOS One jurnalında dərc olunub.

https://poisknews.ru/paleoklimatologiya/vulkan-ili-meteorit-novye-dannye-prolivayut-svet-na-zagadochnoe-otkrytie-v-ledyanom-shhite-grenlandii

JURNALLAR
Faydalı linklər