Okt 02, 2025 | 13:31 / Maraqlı məlumatlar
Hər birimiz buzu soyuq, cansız bir kütlə kimi qəbul etməyə öyrəşmişik. Ancaq yeni tədqiqat göstərir ki, əslində o, sudan da aktiv ola bilər. Məhz bu paradoks Arktika çaylarında və ekosistemlərində müşahidə olunan narahatedici dəyişiklikləri izah etməyə kömək edir.
Umeo Universitetinin alimləri sübut ediblər ki, -10°С temperaturda buz minerallardan +4°С temperaturdakı sudan daha çox dəmir azad edir. Bu nəticə donmuş mühitdə kimyəvi reaksiyalar haqqında mövcud təsəvvürü tamamilə dəyişir. Uzun müddət soyuğun prosesləri yalnız ləngitdiyi hesab olunurdu, lakin əksinə olduğu məlum olub.
Tədqiqatçılar yazır ki, “buz passiv kütlə deyil. Kristallar arasında mikroskopik maye cibləri yaranır. Onlar hətta -30°С-də belə mineralları dağıtmağa malik turşu reaktorlarına çevrilirlər”.
Effekti yoxlamaq üçün tədqiqatçılar geniş yayılmış dəmir oksidi olan getiti və üzvi turşunu araşdırıblar. Məlum olub ki, dəfələrlə təkrar olunan donma və ərimə dövrləri prosesi daha da gücləndirir. Üzvi birləşmələr azad olur və reaksiyanı sürətləndirir, həm şirin, həm də duzlu su isə effekti daha da artırır.
Xüsusilə vacib məqam odur ki, bu proses yalnız əbədi donmuş torpaqlara aid deyil, həm də şaxta drenajlarına, atmosferdəki donmuş tozlara, Baltikyanı torpaqlara da aiddir.
Alimlər xəbərdarlıq edirlər ki, temperaturun artması ilə donma dövrləri daha tez-tez baş verəcək. Deməli, buz böyük ərazilərdə suya düşən və ekosistemləri dəyişən dəmirin mənbəyinə çevriləcək.









