Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Gənclərinin III Elmi Konqresində iştirak etmişdir.
Okt 22, 2025 | 10:32 /
Oxunub 1453 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi və dissertantı Samirə Süleymanova Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Gənclərinin III Elmi Konqresində iştirak etmişdir. Konqres Kazan Federal Universiteti və Gənclər Diplomatiyası Akademiyası tərəfindən, Tatarıstan Respublikası hökumətinin, İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) və Qorçakov Fondunun dəstəyi ilə təşkil olunub. Konqres 25 ölkədən, o cümlədən Rusiya, Əlcəzair, Misir, İndoneziya, İran, Qazaxıstan, Malayziya, Nigeriya, Səudiyyə Ərəbistanı və Özbəkistandan 100-dən çox gənc alim, tədqiqatçı və innovatoru bir araya gətirdi. Konqresdə Samirə Süleymanova “Ultrasound-assisted liquid-phase hydroxylation of phenol with hydrogen peroxide in the presence of iron-containing mordenite based catalysts” mövzusunda məruzə ilə çıxış etmişdir.             

 

JURNALLAR
Faydalı linklər