Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının yeni monoqrafiyası nəşr olunmuşdur.
Noy 04, 2025 | 14:15 / Nəşrlər
Oxunub 191 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.ü.f.d . V. Məmmədovun “ Lantanoid lüminoforları “  adlı monoqrafiyası nəşr olunmuşdur.

Bu monoqrafiyada lantanoid  lüminoforlarının, oksid,  oksisulfid, sulfid birləşmələrinin sintezi və lüminessensiya xassələri barədə elmi araşdırmalara əsaslanan məlumatlar təqdim olunur. Müəllif tərəfindən aparılmış eksperimental və nəzəri tədqiqatlar əsasında oksid, oksisulfid, sulfidlərin  alınma üsulları, termodinamiki xassələri və spektral xüsusiyyətləri geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda, bu materialların müasir texnologiyalarda – displey texnologiyaları, optielektronika və bioanaliz sistemlərində tətbiq imkanları da işıqlandırılmışdır. Monoqrafiya bu sahədə çalışan tədqiqatçılar, doktorantlar və mütəxəssislər üçün faydalı elmi və praktik məlumatlar təqdim edir.

 V.S.Məmmədov. Lantanoid lüminoforları ( Monoqrafiya)

 Bakı: “ İmza “ nəşrlər evi, 2025, 168  səh.

JURNALLAR
Faydalı linklər