Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edilib.
Noy 06, 2025 | 11:41 /
Noy 06, 2025 | 11:41 /
Oxunub
1207 dəfə
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətləri olan bir sıra şəxslər fəxri diplom, orden və medallarla təltif edilmişdir. Onların içərisində institutumuzun əməkdaşları k.e.d. prof. Əliyev İmir İlyas oğlu və k.e.d. prof. Əsədov Mirsəlim Mirələm oğlu da var. Onlar 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişlər.
İnstitutumuzun rəhbərliyi və kollektivi adından hörmətli professorlarımızı təbrik edir, onlara uzun ömür can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.









