Noy 07, 2025 | 15:00 /
ARETN akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Qeyri-üzvi funksional materiallar” şöbəsinin “Keçid elementlərinin xalkogenidləri” laboratoriyasının sabiq dissertantı İsmayılova Elnarə Nadir qızının 2303.01 – “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cu-Sn-Sb-Se sisteminin bəzi qatılıq müstəvisi üzrə faza tarazlıqları və qarışıq kationlu selenidlərin termodinamiki xassələri” mövzusunda dissertasiya işinin şöbədə müzakirəsi keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmiş, sonra dissertasiya işinə təyin edilmiş rəyçilər: AR ETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, Validə Rəhimova, Azərbaycan Neft və Sənaye Universitetinin kimya elmləri doktoru, professor Hüseyn Qurbanov is haqqında geniş məlumat vermişlər. Dissertant haqqında edilən çıxışlardan sonra, elmi katib iclasın qərarı kimi təklifi səsləndirdi və səsvermə keçirildi. Səsvermə nəticələri əsasında iclasın sədri Elza Salahova yekun nəticəni elan etdi: Deyilənləri nəzərə alaraq, bildirmək istəyirəm ki, İsmayılova Elnarə Nadir qızı iddiasında olduğu kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiqdir və işi müvafiq ixtisas üzrə fəaliyyət göstərən Dissertasiya şurasının bazasındakı Elmi seminarda müzakirəyə təqdim etmək olar.









