Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının yeni kitabı nəşr olunmuşdur.
Noy 25, 2025 | 10:15 / Nəşrlər
Oxunub 1425 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.ü.f.d., dos. Lətifə Həsənovanın "Metanın hidrogen peroksidlə oksigenatlarına qoşulmuş (əlaqəli) oksidləşməsi" («Сопряженное окисление метана пероксидом водорода в его оксигенаты») monoqrafiyası nəşr olunmuşdur. 

Monoqrafiyada həm məişətdə, həm də sənaye müəssisələrində yanacaq kimi, eləcə də kimya sənayesində xammal kimi istifadə olunan təbii qazın əsas xüsusiyyətlərini və kimyəvi birləşmələrə çevrilməsi qananauyğunluqlarını əhatə edən materiallar əks olunmuşdur.

Dünya enerji balansında enerji daşıyıcılar sırasında hələ də əsas yer tutan təbii qaza tələbat, eyni zamanda hidrogen enerjisinin təbii qaz əsasında inkişaf etdirilməsi səbəbindən də artmaqdadır.

Kitabda təbii qazın əsas tərkibini təşkil edən metanın H2O2 ilə müxtəlif şəraitdə birkarbonlu oksigenatlara həm homogen, həm də biomimetik əlaqəli oksidləşdirilməsi prosesləri üzrə tədqiqatlar əks olunmuşdur. Yaşıl oksidləşdirici hidrogen peroksid ilə oksidləşmə prosesində yaranan kimyəvi interferensiya şəraitində baş verən qoşulmuş mürəkkəb reaksiyalar üzrə metanın çox asanlıqla selektiv çevrilməsinin mümkünlüyü göstərilmiş və qoşulmuş reaksiyaların mexanizmləri və kinetikasının elmi və praktiki əsaslandırılmış təhlili verilmişdir.

Monoqrafiyada verilən eksperimental nəticələr əsasında əldə edilmiş elmi əsaslar tələbə və magistrlərin elmi biliyinə müəyyən töhvələr verə bilər.

Л.М. Гасанова "Сопряженное окисление метана пероксидом водорода в его оксигенаты". Баку, издательство “Элм”, 2025 – 204 с.

JURNALLAR
Faydalı linklər